Qızıl və gümüş bahalaşdı – Qiymət

Qızıl və gümüş bahalaşdı - Qiymət

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,18% artaraq 2 673,9 ABŞ dollarına bərabər olub.

Globalinfo.az “APA-Economics”ə istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,42% artaraq 30,03 ABŞ dollarına bərabər olub.