Qırğızıstanın bu şəhərinin adı dəyişdirilir

Qırğızıstanın bu şəhərinin adı dəyişdirilir

Qırğızıstan Prezidenti Sadır Japarov Cəlal-Abad şəhərinin adının dəyişdirilməsi ilə bağlı qanunu imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sənəd sentyabrın 10-da parlament tərəfindən qəbul edilib.

Məqsəd milli ideologiyanı gücləndirmək və Cəlal-Abada qırğız xalqını müxtəlif basqınlardan müdafiə edən qəhrəman, böyük Manasın adını verməkdir.

Qeyd olunur ki, qanun 10 gündən sonra qüvvəyə minir.