Qırğızıstan Tacikistanın sərhəd zastavalarını atəşə tutdu – KTMT atəşkəs çağırışı etdi

Qırğızıstan Tacikistanın sərhəd zastavalarını atəşə tutdu - KTMT atəşkəs çağırışı etdi

Qırğızıstan-Tacikistan sərhədində toqquşmalar davam edir.

Globalinfo.az bildirir ki, APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Qırğızıstan Tacikistanın “Lyakkan” və “Boqdari” sərhəd zastavalarını atəşə tutub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Stanislav Zas eskalasiya ilə əlaqədar Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmanqulov və Tacikistan TŞ katibi Nəsrulla Mahmudzadə ilə telefonla əlaqə saxlayıb.

Tərəflərin dərhal atəşkəs elan edilməsi və danışıqlara başlanılması ilə bağlı danışdığı bildirilib.