Ötən ilin oktyabrın 7-dən indiyədək hərbi əməliyyatlar zamanı Qəzzada ölənlərin sayı 42 min 227 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bildirilib ki, bu müddətdə Qəzza zolağında 98 464 nəfər yaralanıb.
Qeyd olunur ki, son 24 saat ərzində İsrail hərbçilərinin hücumları nəticəsində 52 fələstinli ölüb, daha 128 nəfər yaralanıb.














