Qəzzada aclıq fəlakət həddinə çatdı

Qəzzada aclıq fəlakət həddinə çatdı

Qəzza zolağında aclıq fəlakət həddinə çatıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə HƏMAS hərəkatı özünün “Telegram” kanalında məlumat yayıb.

Bildirilir ki, İsrail ordusunun bölgəyə tətbiq etdiyi blokada aclığın bu səviyyəyə çatmasına səbəb olub.

HƏMAS İsraili aclığı silah kimi istifadə etməkdə və Qəzza sakinlərini əsas ehtiyaclardan məhrum etməklə artıq 21 aydır davam edən soyqırımı həyata keçirməkdə ittiham edib.

“Bu, müasir tarixdə günahsız uşaqlara və dinc insanlara qarşı törədilmiş ən ağır cinayətlərdən biridir”, – məlumatda deyilir.