217e2410 52da 4071 97e4 edd39baa5d35

Əksər mənbələr 29 nəfərin sağ qaldığını bildirir.

***

Təyyarə qəzasında hazırkı məlumata görə 32 nəfər sağdır.

Globalinfo.az xəbər verir ki, bunu keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir:

“Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır. müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezaçan olunub, orada iş başındadır”.

***13:30

Aktau yaxınlığında baş verən qəza nəticəsində sağ qalanların sayı 29-a çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sağ qalanların xəstxanaya yerləşdirildiyi, onlardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir.

***

AZAL-a məxsus “Embraer 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28-ə çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.

***

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında yaralanan 25 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Operativ Qərargahı məlumat yayıb.

***

Bəzi mənbələr 12 nəfərin sağ qaldığını bildirir.

***

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın təcili xidmət orqanları məlumat yayıb.

İlkin versiyaya görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.

Paylaş: