200730091946 file lukashenko putin scaled

“Belarusda Rusiyanın 10 Oreşnik kompleksinin yerləşdirilməsi planlaşdırılır”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, gələcəkdə bu rəqəmin artması mümkündür.

“Ruslar daha çox “Oreşnik” yerləşdirmək istəsələr, biz buna imkan verəcəyik”, – deyə Belarus prezidenti vurğulayıb.

Qeyd edək ki, Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasından sonra Rusiya prezidenti Vladimir Putindən “Oreşnik”i respublika ərazisində yerləşdirməyi xahiş edib. O qeyd edib ki, Belarusda “Oreşnik”in yerləşdirilməsi üçün təxminən 30 obyekt var.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: