Qərbin Zelenski ilə bağlı planı nədir? – Lavrov danışdı

Qərbin Zelenski ilə bağlı planı nədir? - Lavrov danışdı

“Qərb Ukrayna prezidenti Volodimir Zelenskini uduzan şəxs kimi qələmə verərək onun yerinə başqa namizəd axtarır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu, müəyyən dərəcədə Qərbin artan ümidsizliyindən, Zelenskinin ona tapşırılan missiyanı yerinə yetirə bilməməsindən irəli gəlir.

Ukrayna lideri çıxılmaz vəziyyətdədir. Ona görə də, Qərb mətbuatı Zelenski haqqında uduzan şəxs obraz yaratmağa çalışır.  Bu yolla onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər”, – Lavrov vurğulayıb.

Xatırladaq ki, Lavrov daha öncə bildirib ki, Ukrayna ABŞ-ın köməyi olmadan “Şimal axını”nı partlada bilməzdi və Vaşinqtonun məsuliyyəti üzərindən atmaq cəhdləri qeyri-ciddi görünür.

Müşviq Tofiqoğlu
Globalinfo.az