qebele yeni

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

Globalinfo.az xəbər verir ki, açılış oyununda “Qəbələ” öz meydanında debütant “Şəfa”nı qəbul edib. Görüş qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Mark Quel vurub.

Günün digər matçında isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.

Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb.

Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.

***

“Zirə” öz meydanında “İmişli” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Paylaş: