Qaradağda ağır qəza: ölən var – TƏBİB-dən açıqlama

Qaradağda ağır qəza: ölən var - TƏBİB-dən açıqlama

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:15 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Globalinfo.az xəbər verir, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan kişi cinsli şəxs aşağı ətrafın travması diaqnozu ilə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına təxliyə olunub. Xəsarət alan digər şəxsin (qadın cinsli) isə həkiməqədər ölümü qeydə alınıb.

***15:47

Bu gün, saat 13:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində Ordubad rayon sakini Nəcəfli Damət Elşad oğlunun idarə etdiyi “Renault” markalı, 77-CV-128 dövlət qeydiyyat nişanlı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən 1960-cı il təvəllüdlü Əsgərova Tahirə Mirzə qızını vurub. Piyada hadisə yerində həyatını itirib.

Bu barədə Globalinfo.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qəzadan sonra “Renault” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan 99-UB-743 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı, 10-VM-056 dövlət qeydiyyat nişanlı “MITSUBİSHİ” markalı və 77-MG-570 dövlət qeydiyyat nişanlı “Opel” markalı nəqliyyat vasitələri zəncirvari toqquşub.

Toqquşma nəticəsində Hüseynov Rahim Nəriman oğlunun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarında dayanan Əlizadə Eminbəy Faiq oğlunu vurub. Xəsarət alan E.Əlizadə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP və aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qaradağda ağır qəza: ölən var - TƏBİB-dən açıqlama
Qaradağda ağır qəza: ölən var - TƏBİB-dən açıqlama
Qaradağda ağır qəza: ölən var - TƏBİB-dən açıqlama