Alternativ olmayacağı halda Rusiya ilə ittifaqı tənqid etmək absurddur.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.
O, Qarabağda baş verənlərin fonunda hökumətin Rusiya sülhməramlılarına hücumunu boşboğazlıq adlandırıb. Sərkisyan müttəfiqlik münasibətlərinin birtərəfli qaydada olmadığını söyləyib:
“Rusiya bizim müttəfiqimiz olaraq qalır, lakin siz bizim tərəfimizdən müttəfiqlik münasibəti görmüsünüz? Bura gələnlər nə təklif edirlər? NATO ilə burada baza yaradılması barədə razılaşmamız var? Ya da Avropa ölkələrindən hansısa biri Qarabağda kontingent yerləşdirmək istəyir? Hesab edirəm ki, Rusiya ən yaxşı müttəfiqdir və ona alternativimiz yoxdur”.
Sərkisyan çıxışı zamanı Paşinyan administrasiyasının Qarabağı Ermənistana qurban verməyə hazırlaşdığını deyib.
İlkin Həsənov
Globalinfo.az













