Qarabağda istehsal edilən “yaşıl enerji” Abşerona transfer ediləcək

BP ilə Qarabağdakı “yaşıl enerji” layihəsinə əsasən burda əldə olunan enerji Abşerona transfer ediləcək.

Gloablinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Milli Şəhərsalma Forumunda energetika nazirinin müavini Elnur Sultanov deyib.

“Yəni Abşeronda Qarabağda istehsal olunan “yaşıl enerji”dən istifadə olunacaq”, – o əlavə edib.

Elnur Sultanovun sözlərinə görə, 2030-cu il üçün milli prioritetlər arasında yaşıl mühit və ölkənin yaşıl böyüməsi var və yaşıl enerji məkanının yaradılması hədəflənib: “Bu prioritetlər də iki beş illik plan əsasında reallaşacaq. Azərbaycanın külək enerjisi ilə bağlı 3000 MW, günəş enerjisi ilə bağlı 23 000 MW, bio enerji ilə bağlı 380 MW, mini-hidro ilə bağlı potensialı 520 MW-dır. Ofşor enereji potensialımız isə 157 GW-dır. Azərbaycan neft ölkəsidir, qaz ixrac edir, həm də külək enerji potensialı var, bu o deməkdir ki, Azərbaycan həm də bərpaolunan enerji ixrac edən ölkə olaraq digər ölkələrə də enerji ixrac edə bilər”.