BVF-nin iqtisadi artım proqnozu gözləntilərimizdən yüksək olub

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yeniləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında bildirilib. BVF 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu aprel proqnozuna nisbətən 0,5% bəndi azaldaraq 2,5 %-ə endirib.

Fond 2024 və 2028-ci illərdə eyni həmcdə, yəni 2,5% artım proqnozlaşdırıb. Bu isə əvvəlki proqnozdan 0,1 bəndi azdır.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırıb. Bu isə o deməkdir ki, BVF-nin iqtisadi artım proqnozu Azərbaycan hökumətinin gözləntilərindən yüksəkdir.