Qarabağda böyük masa quruldu – Əliyev möhtəşəm tarix yazır

 

Qarabağda böyük masa quruldu – Əliyev möhtəşəm tarix yazır

Qarabağda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Azərbaycanın artan nüfuzunu və bölgədəki möhkəm mövqeyini bir daha nümayiş etdirib. Rəsmi şəxslərin Ağdam, Xankəndi və digər ərazilərə səfəri, həmçinin at yarışı və mədəni tədbirlərdə iştirakı ölkənin suverenlik mesajını güclü şəkildə beynəlxalq ictimaiyyətə çatdırıb. Bildirilir ki, xüsusilə Rusiya ilə münasibətlərin gərginləşdiyi bir vaxtda İƏT-in sammitinin məhz Xankəndidə yüksək səviyyədə təşkili Bakı üçün strateji diplomatik uğur sayılır. Bu addım Azərbaycanın bölgədə liderliyini daha da möhkəmləndirir.

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Azərbaycan bu cür yüksək səviyyəli tədbirə ev sahibliyi etməklə, həm İƏT-ə verdiyi önəmi nümayiş etdirir, həm də beynəlxalq aləmdə nüfuzunu artırır:

“Bu tədbir ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı rolunu və gücünü bir daha ortaya qoydu. Toplantıda Prezident İlham Əliyev ölkəni ali səlahiyyətli şəxs kimi təmsil edərək, Azərbaycanın mövqeyini yüksək səviyyədə gündəmə gətirdi. Eyni zamanda bu sammit, İƏT çərçivəsində əməkdaşlıq, birlik və həmrəylik modelinin hazırkı dövrdə nə qədər vacib olduğunu göstərdi. Bütün iştirakçı dövlətlər bu prosesi yüksək qiymətləndirirlər”.

Qarabağda böyük masa quruldu – Əliyev möhtəşəm tarix yazır

Fazil Mustafa

Millət vəkili bildirib ki, İƏT-ə üzv ölkələrin liderlərinin Azərbaycanda bir araya gəlməsi ölkəmizin beynəlxalq arenadakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir:

“Yüksək səviyyəli toplantının təşkili rəsmi Bakının siyasi sabitliyini və beynəlxalq təşkilatlarla əməkdaşlıqda oynadığı mühüm rolu bir daha təsdiqləyir. Biz bu gün həm regional, həm də qlobal miqyasda əsas tərəfdaşlardan biri kimi qəbul olunuruq. Bu cür görüşlər vasitəsilə isə diplomatik əlaqələrimiz daha da möhkəmlənir”.

Ləman Hüseynzadə
Globalinfo.az