Araikin ermənilərə dediyi sözlər Xankəndini qarışdırdı

Araikin ermənilərə dediyi sözlər Xankəndini qarışdırdı

Xankəndidəki oyuncaq rejimin rəhbəri Araik Arutyunyanın son zamanlar keçirdiyi görüşlər separatçılar arasında təşvişi artırıb.

Globalinfo.az xəbər verir ki, Arutyunyan Xankəndidəki müxtəlif dairələr, müharibədə ölən ermənilərin ailələri, “ziyali təbəqə” adlandırılan kəsimlə daimi görüşlər keçirir.

Erməni mətbuatı yazır ki, onun bu addımları Qarabağda çaxnaşmaya səbəb olub, panik əhvali-ruhiyyə yaradıb. Buna səbəb Araikin görüşlərdə hazırkı vəziyyəti “çox ciddi və təhlükəli” olaraq təqdim etməsidir.

Arutyunyanın separatçıların gələcəyinin qeyri-müəyyən olduğunu bildirməsi erməniləri qorxuya salıb.

Məlumata görə, onun bu addımları insanlarda Qarabağda qalmağın mənasız olması haqda fikir formalaşdırıb.

Ayşən Mustafa
Globalinfo.az