Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin ləğvi prosesini aparır.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Karen İgityan deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti qarabağlılara verdiyi pasportların sadəcə turist sənədi olduğunu bildirib, həmin ermənilərin isə Ermənistan vətəndaşı olmadığını elan edib:
“Bu o deməkdir ki, Ermənistan hökuməti verdiyi sözü tutmur və sabah Tavuş, Sünik (Zəngəzur – red.) və hətta İrəvanda yaşayan vətəndaşlar da eyni vəziyyətə düşə bilər”.
İgityan Ermənistan hökumətinin bəzi addımlarının etnik intiharı xatırlatdığını qeyd edib:
“Hakimiyyət Qarabağdan imtina etdi, “soyqırım”ı beynəlxalq səviyyədə tanıtmaq və qınamaqdan imtina etdi, konstitusiyadan imtinadan hazır vəziyyətə gəldi. Belə bir anda Bakıdan yeni tələb gəlir ki, Xocalı soyqırımını tanımalısan!”
Əliyar Xəlil
Globalinfo.az














