Sosial şəbəkələrdə “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabının yazılması üçün Dubayda qeydiyyatdan keçmiş “Media Prima Advertising” şirkəti ilə 1.2 milyon (daha dəqiq: 1 178 672 AZN) manatlıq müqavilənin imzalandığı ciddi müzakirələrə səbəb olub. Doğrudanmı bu qədər məbləğ kitab üçün sərf olunacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib ki, müəllifdən çox şey asılıdır.
Şahbaz Xuduoğlu
“O hansı müəllifdir ki, ona bu qədər qonorar verilir? Bəlkə o kitabı yazan Den Braundur, bəlkə Aqata Kristi və ya dünyəvi maştabda tanınan bir imzanın sahibidir? Çünki o şəxslərin kitab yazması yüksək qonorar hesabına başa gələ bilər. Müəllif və tərtibatdan çox şey asılıdır”, – Ş.Xuduoğlu deyib.
Qarabağ Dirçəliş Fondundan məsələ ilə bağlı açıqlama olacağı bildirilib:
“Yaxın saat ərzində açıqlama yayacağıq. Amma bu məbləğ yalnız kitab üçün sərf edilmir. Ətraflı məlumat veriləcək”.
Zaira Akifqızı
Globalinfo.az














