Qalstanyan: “Siz də yalançı və qorxaq rəhbəriniz kimi…”

“Siz əmrlərə əməl edən qulsunuz, açıq şəkildə qınanacaqsınız”.

Globalinfo.az xəbər verir ki, bunu hərəkat üzvü Babken Asryanın oğurlanmasına münasibət bildirərkən keşiş Baqrat Qalstanyan deyib.

“Başqalarının qanı bahasına çörək yeyənlər, sizi harada görsəm daha nəzakətli davranmayacam. Siz əmr qulusuz, amma belə davam etsəniz, daha sərt cavab alacaqsınız. Səhv hərəkət edən hər kəs ən yüksək dərəcədə ictimai qınağa məruz qalacaq. Necə ki, sizin yalançı və qorxaq rəhbəriniz Paşinyan bu gün hökumət evinin binasından qaçdı, siz də o cür qaçacaqsınız”, – deyə Baqrat Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az