Qalstanyan: “Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması vacibdir, əks halda…”

Qalstanyan: "Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması vacibdir, əks halda..."

“Bu, bizim üçün sürpriz olmadı və nə baş verəcəyini gözləyirdik. Ona görə də, ümidlənmirdik və həyatımızın böyük surprizini yaşamaqdıq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan Ermənistan Milli Assambleyası Şurasının müxalifətin növbədənkənar iclas çağırmaq tələbini rədd etməsindən danışarkən deyib.

“Bundan sonra nə edəcəyimizi dəqiqləşdirmək üçün yəqin ki, siyasi qüvvələrimizin nümayəndələri ilə qısa görüş keçirəcəyik? Yəqin ki, biz hökumətyönlü deputatları işə buraxmamalıyıq, ya da onlara addım atmaq hüququ verməməliyik. Deputatlar heç işləmirlər, onları bu iş imitasiyasından məhrum etmək lazımdır”, – Qalstanyan bildirib.

Keşişin sözlərinə görə, Ermənistan hakimiyyəti öz varlığını qorumaq üçün hər şey etməyə hazırdır.

“Artıq sərhədlərin demarkasiyası və delimitasiyası haqqında danışmayacağıq. Hakimiyyət bunu başa çatdırmaq üçün bütün addımları atacaq. Yalnız bir tələb var, bu şəxsin hakimiyyətdən uzaqlaşdırılması vacibdir. Mitinqlərdə bu qədər insanın olması onu göstərir ki, ölkəmizdə dəyişiklik prosesləri bitməyəcək”, – Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az