“Qafqaz Qartalı – 2024”: Tapşırıqlar yerinə yetirildi – VİDEO

"Qafqaz Qartalı - 2024": Tapşırıqlar yerinə yetirildi - VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir.

Müdafiə Nazirliyindən Globalinfo.az-a a verilən xəbərə görə, təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.