Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
“Bir qədər əvvəl iki lider arasında telefon danışığı baş tutdu. Bu, kifayət qədər uzun müzakirə idi, təxminən saat yarım davam etdi”, – deyə Peskov bildirib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər arasında görüşün təşkil edilməsi barədə razılığa gəlinib. Bundan başqa, Putin Trampa Ukrayna məsələsi ilə bağlı ABŞ-dan olan səlahiyyətləri nümayəndələri qəbul etməyə hazır olduğunu bildirib.
Peskovun məlumatına görə, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi barədə də müzakirələr aparıblar.
Qeyd olunub ki, Rusiya Prezidenti həmkarına birlikdə işləmək zamanının gəldiyini deyib və onu Moskvaya dəvət edib.
Aysel Əliyeva
Globalinfo.az














