Putinlə Lukaşenko arasında 4 saatlıq danışıq: Bu məsələdə razılaşdılar

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlar təxminən dörd saat davam edib.

Globalinfo.az xəbər verir ki, iki siyasətçi arasında dialoq 12 aprel tarixində davam edəcək.

Prezidentlər xüsusilə Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə ediblər.

Putin Lukaşenkonun Kiyevlə İstanbul müqaviləsi layihəsinə qayıtmaq təklifi ilə razılaşıb.

***

Rusiya Prezidenti Vladimir Putinlə Belarus rəhbəri Aleksandr Lukaşenko arasında Moskvada görüş keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş mətbuata bağlı qapılar arxasında keçirilir.

Belarus prezidenti sabah Kosmonavtika Günü ilə bağlı tədbirlərdə iştirak edəcək.

Qeyd edilib ki, Moskva səfərində Lukaşenkonu ölkənin ilk qadın kosmonavtı Marina Vasilevskaya müşayiət edir.