“Bəzi Rusiya telekanalları “qırmızı xətləri” keçiblər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan Rusiya ilə normal, təbii, qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurmaq istəyir. Bəli, onların bəzi telekanalları bütün mümkün xətləri keçiblər, lakin qeyd etdiyim səbəblərə görə istəməzdim ki, biz bu qərarı qəbul edək. Çünki Moskva ilə hər hansı münaqişə vəziyyəti axtarmırıq. Mənim Rusiya Prezidenti Vladimir Putinlə çox hörmətli və açıq, səmimi münasibətlərim var. Belə bir ifadə var: Bir yerdə çörək kəsmişik. Ona görə istəmirəm ki, bu qərarı qəbul edək”, – o bildirib.
Paşinyan qeyd edib ki, siyasi faktorla yanaşı, Ermənistanın belə bir qərar qəbul etməyə məcbur edilməsi insani baxımdan da narahatlıq yaradır:
“Belə bir təəssürat var ki, Rusiyada İrəvanı belə qərarlar qəbul etməyə məcbur etmək istəyən qüvvələr var. Əgər bizi çox məcbur etsələr, istəsək də, istəməsək də buna getməliyik”.
Əliyar Xəlil
Globalinfo.az














