Priqojin informasiya məkanında Putin və Müdafiə Nazirliyinə etimadı azaldan addımlar atmağa davam edir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu çıxış edib.
Məlumata görə, Kreml Yevgeni Priqojinin “Vaqner” özəl hərbi şirkətinin təsirini zəiflətməyə çalışır:
“Kreml “Vaqner”in rəhbəri Yevgeni Priqojinin vaqnerçilərin Soledar şəhərini ələ keçirməsi ilə bağlı bəyanatını şübhə altına almağa davam edir. Rusiya Prezidenti Vladimir Putin Soledardakı uğurun Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahın birgə planı olduğunu qeyd edib. Putinin bəyanatı dövlət televiziyasından canlı yayımlanıb və görünür, bununla Priqojinin Rusiya informasiya məkanına təsirinin dağıdılmasına cəhd edilib”.
Analitiklər həmçinin Putinin bununla Rusiya KİV-lərində nəzarəti saxladığını nümayiş etdirdiyini bildiriblər. Əvəzində isə Priqojinin Teleqram və digər sosial şəbəkələrdə auditoriyası artmağa başlayıb. Bu isə öz növbəsində ona Müdafiə Nazirliyi və Putinə hücum imkanı yaradıb.
Aqşin
Globalinfo.az