Putinin vəzifədən azad etdiyi nazir özünü güllələdi

Putinin vəzifədən azad etdiyi nazir özünü güllələdi

Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad olunan Roman Starovoit intihar edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-iməlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin Starovoitin azad olunması ilə bağlı müvafiq sənədi bu gün imzalayıb.

Cəmi bir neçə saat sonra isə keçmiş nazirin özünü güllələdiyinə dair məlumat yayılıb.