tramp zelenski 9

Ukrayna tərəfi Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə danışıqlar təklifinə dərhal razılaşmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Ukrayna bununla dərhal razılaşmalıdır. Ən azından onlar razılaşmanın mümkün olub-olmadığını müəyyən edə biləcəklər. Nəticədən asılı olaraq, Avropa liderləri və ABŞ vəziyyətin nə yerdə olduğunu biləcəklər və buna uyğun hərəkət edə bilərlər, – deyə Ağ Ev rəhbəri bildirib.

Xatırladaq ki, Putin 15 mayda İstanbulda Rusiya və Ukrayna arasında birbaşa görüş təklif edib.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: