Putinin səfər planı: seçkilərdən əvvəl Türkiyəyə, sonra isə… – Peskov açıqladı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri prezident seçkilərindən əvvəl baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib:

“Vladimir Putinin Türkiyəyə səfəri martın 15-dən 17-dək keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta bilər”, – deyə Peskov vurğulayıb.

Putinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri isə seçkilərdən sonra planlaşdırılır.

Əliyar Xəlil,

Globalinfo.az