“İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə bütün “vacib iş” Rusiyada aparılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Birləşmiş Ştatlar və Qərb ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması prosesinə daxil olmağa çalışırlar. Ancaq inanırıq ki, bu istiqamətdə bütün vacib işlər Moskvada edilib. Qərb isə öz hərəkətləri ilə danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə qarışmaq istəyir”, – deyə Uşakov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az