Rusiya Prezidenti Vladimir Putin Amerikanın “Time” jurnalının versiyasına görə “İlin adamı” adına namizəd olub.
Globalinfo.az xəbər verir ki, jurnal 9 namizədin qısa siyahısını dərc edib.
Digər namizədlər arasında Böyük Britaniya kralı III Çarlz, eyniadlı filmdəki Barbi kuklası, amerikalı müğənni Teylor Svift, Çin prezidenti Si Cinpin, CHatGPT-nin tərtibatçısı Sem Altman, Hollivud ssenaristləri və aktyorları var.
Qeyd edək ki, qalib çərşənbə günü elan olunacaq.
“Times” jurnalı 1927-ci ildən bəri hər il “İlin Adamı”nı seçir. 2022-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenski və 2021-ci ildə “Ukraynanın ruhu” – sahibkar Elon Musk olub.