
Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara cəhd etməyin mənası yoxdur.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya deyib. O, bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.
“Putinlə danışıqlar aparmaq qərarına gəlsəniz belə yalan danışacağını unutmayın. O, xəyanət edəcək. Son anda qaydaları dəyişərək sizi öz oyununu oynamağa məcbur edəcək”, – Navaynaya bildirib.
O, Rusiya prezidenti ilə razılığın iki mümkün nəticəsinin olduğunu vurğulayıb:
“Putin hakimiyyətdə qalsa, razılaşmanı pozmağın yolunu tapacaq. Əksi olduğu təqdirdə isə razılaşma mənasız olacaq”.
Qeyd edək ki, Aleksey Navalnı 2024-cü il fevralın 16-da həbsxanada ölüb.
Əliyar Xəlil
Globalinfo.az