Putindən Vardanyanın həbsinə reaksiya

“Əgər Ermənistan Rusiyanın müttəfiqi olaraq qalarsa, Moskva Qarabağ ermənilərinə yardımı davam etdirməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu “Valday” Diskussiya Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin Qarabağdakı qondarma rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbsini də şərh edib.

O qeyd edib ki, Vardanyan özü Rusiya vətəndaşlığından imtina edib.

Qeyd edək ki, “Laçın” sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəmizi tərk etməyə çalışan rusiyalı milyarder, Qarabağda separatizmi və terrorçuluğu maliyyələşdirən Ruben Vardanyan saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib.

Globalinfo.az