Putindən təklif: Müharibəyə son barədə düşünməliyik

“Heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Hərbi əməliyyatların hər zaman faciə olduğunu bildirən Putin müharibəyə son qoymaq barədə düşünməli olduqlarını vurğulayıb:

“Hərbi əməliyyatlar həmişə konkret insanlar, konkret ailələr və bütövlükdə ölkə üçün faciədir. Təbii ki, biz bu faciəni necə dayandırmaq barədə düşünməliyik. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib”, – dövlət başçısı bildirib.

O, Rusiyanın Ukraynada və İsrailin Qəzzada apardığı hərbi əməliyyatları müqayisə edib.

“Ukraynadakı ölümlərin şokunu başa düşürəm, lakin Qəzza da daxil olmaqla, digər münaqişələr də insanı sarsıdır”.

V.Putin bu iki hərbi əməliyyatın hansının daha dəhşətli olması barədə tədbir iştirakçılarına sual ünvanlayıb.