Putindən Qərbə MESAJ: “Rusiya ilə hesablaşmaq lazımdır”

“Putin açıq şəkildə bildirdi ki, Rusiya beynəlxalq məsələlərdə öz mövqeyindən əl çəkməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Mejeviç deyib.

O bildirib ki, Putinin mesajı daha çox daxili problemlərin həllinə və müzakirəsinə yönəlib.

“Əgər kimsə dünyada baş verən ciddi dəyişikliklərdən sonra mövqeyimizdən əl çəkəcəyimizi düşünürdüsə, bu mesajdan sonra belə fikirlər aradan qalxacaq. Məsələ ondadır ki, Rusiya təhlükəsizlik konturları ilə bağlı öz təkliflərini verəcək, Qərb də bunu nəzərə alacaq. Təbii ki, bu, dialoq formasında həyata keçiriləcək. Bunun üçün ilkin şərtimiz var, Rusiya ilə hesablaşmaq lazımdır”.

Digər ekspert Timofey Bordaçovun sözlərinə görə, Putin tərəfdaşlarına Rusiyanın bütün nüvə sistemlərinin döyüş hazırlığında olduğunu xatırladıb.

“Qərb bunu müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla 2022-ci ilin fevralında baş tutan görüşdən bilir”, – Bordaçov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az