Putindən həyatının bu məqamı ilə bağlı etiraf: “Hər gün…” – FOTO

“Mən hər gün idman edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, idmana gündə nə qədər vaxt ayırdığını açıqlayıb:

“Hər bir insan sağlamlığını qorumaq üçün gündəlik idmanla məşğul olmalıdır. İdmanla məşğul olanların sayının çoxluğu cəmiyyətin inkişafının ən mühüm göstəricilərindən biri hesab edilir. Mən hər gün ən azı iki saat idman edirəm”, – Putin bildirib.

Kreml rəhbəri mütləq iki saat olmasa da, ən azı yarım saat idmana vaxt ayırmağın vacibliyinə diqqət çəkib:

“Hər bir insan buna vaxt ayırmalıdır. Hətta ölkədə nə qədər insanın bədən tərbiyəsi və idmanla məşğul olmasına dair normativ göstəricilər var.  Çünki bu, cəmiyyətin inkişafının ən mühüm sosial göstəricilərindən biridir”, – Putin fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az