Putindən gözlənilməz AÇIQLAMA: “Biz ABŞ-la danışıqlara hazırıq”

 

Putin ABŞ-la strateji sabitlik üzrə danışıqlara hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat dərc edib.

Məlumata görə, Putin bildirib ki, Rusiya heç vaxt strateji sabitlik məsələsində və Ukrayna ilə bağlı mövzuda dinc dialoqdan əl çəkməyib:

“ABŞ və Qərb bir tərəfdən Rusiyanın məğlubiyyətinə çalışır, digər tərəfdən isə guya bizimlə strateji sabitlik haqqında danışmaq istəyir. Bu, mümkün olmayacaq. Əgər onlar bizi strateji məğlubiyyətə uğratmağa çalışırlarsa, o zaman ölkəmizin təhlükəsizliyini düşünməliyik”.

Eyni zamanda Putin bildirib ki, Rusiya ABŞ-la Müdafiə və Xarici İşlər Nazirliyi səviyyəsində strateji sabitlik üzrə təmaslar qurmağa hazırdır:

“Biz heç nədən imtina etmirik. Amma ABŞ və Qərbin nə istədiyini anlamaq lazımdır. Onlar adətən birtərəfli üstünlüyə nail olmağa çalışırlar. Bu, baş verməyəcək”.

Əliyar Xəlil
Globalinfo.az