Rusiya Prezidenti Vladimir Putin nüvə silahlarının müharibəyə hazır vəziyyətə gətirilməsini əmr edib.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya lideri Müdafiə Nazirliyinin kollegiya iclasındakı çıxışında həm Ukraynaya, həm də NATO-ya meydan oxuyaraq, nüvə silahı ilə bağlı fikirlər səsləndirib.
O, “Sarmat” nüvə raketlərinin çox yaxında istifadəyə veriləcəyini açıqlayıb.
“NATO-nun demək olar ki, bütün əsas ölkələrinin silahları Rusiyaya qarşı istifadə olunur. Rusiya hərbi potensialını artıracaq və üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək. Ordumuzu müasir silahlarla təchiz edəcəyik. Suriyada əldə etdiyimiz təcrübələrdən istifadə olunacaq. Ordumuz böyük təcrübə toplayıb. “Sarmat” II raketləri tezliklə müharibə üçün yerləşdiriləcək. Biz nüvə qüvvələrinin döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik”, – deyə Putin qeyd edib.














