Rusiya bayrağı iki Avropa paytaxtında dalğalana bilər

“Ukraynaya üç ay hərbi yardım edilməsə, Zelenskinin həyatı təhlükə altına düşə bilər. Kreml onun fiziki cəhətdən aradan götürülməsi haqda daha əvvəl fikirlər səsləndirmişdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya Ukraynada irimiqyaslı cavab verməməsinin əsas səbəblərindən biri Fransa, Almaniya, Böyük Britaniya, ABŞ liderlərinin qətiyyətsizliyindən irəli gəlir.

Putin başda ABŞ lideri olmaqla, Qərb dövlətlərinin liderlərini psixoloji və siyasi cəhətdən əzir. O, Qərbə qarşı prinsipial və qətiyyətli şəkildə müharibə aparır.

Təbii ki, Putinin Ukraynaya qarşı müharibəsi yeni ittifaq dövləti yaratmaq planının tərkib hissəsidir. Şərqi Avropanı götürməklə Qərbi Avropanı da özündən asılı salmağı planlaşdırır. Qərbdə siyasi dəyərlər aşınır və  buradakı ölkələr Rusiyanın qarşısını almasa, Rusiya bayrağı təkcə Kiyevdə deyil, Polşanın paytaxtı Varşavada da dalğalana bilər.

Məhəmməd Əsədullazadə

Hazırda ABŞ Ukraynaya hərbi yardımları dayandırıb. Avropa liderləri fikir ayrılıqlarını davam etdirir. Bütün bunlar Putinin Ukraynada qələbəsini yaxınlaşdırır və yeni dövlətləri işğal etmək planını hazırlayır. ABŞ Ukraynaya deyil, diqqətini Yəmənə ayırıb və İsraili Hizbullahın hücumundan qoruyur. Çünki Hizbullah İsraili məğlub edə biləcək hərbi gücə malikdir. Vaşinqton Ukraynanı Rusiya ilə üzbəüz buraxıb”.

Turan Rzayev
Globalinfo.az