Putin və Modi arasında qeyri-rəsmi görüş: “Çay süfrəsi arxasında…” – VİDEO

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Moskva yaxınlığındakı Novo-Oqarevodakı iqamətgahda çay süfrəsi arxasında görüşüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb yayıb.

Putin Hindistanın baş nazirinin ölkənin inkişafındakı uğurlarını vurğulayıb , həmçinin onu yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Rusiya lideri bildirib ki, Modi Hindistan xalqının maraqlarına uyğun addımlar atmağı yaxşı bilir.

Hindistan lideri öz növbəsində dostunun (Putin -red) evini ziyarət etməkdən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Modi iyulun 8-9-da Rusiyada səfərdə olacaq. Bu, onun son beş ildə Rusiyaya ilk səfəridir.

Hər iki ölkənin liderləri Rusiya-Hindistan münasibətlərinin gələcək inkişaf perspektivlərini, həmçinin beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə etmək niyyətindədirlər.

Putin və Modi arasında rəsmi danışıqlar iyulun 9-da baş tutacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az