Putinin tarixi səfəri: Kim Çen müharibə haqda nə deyib?

Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn arasında görüşün detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Kreml ziyarəti “dostca dövlət səfəri” kimi qiymətləndirib. Danışıqlar təxminən bir saat yarım davam edib.

Rusiya mediasının məlumatına görə, Putin və Şimali Koreya lideri təhlükəsizlik məsələlərini əhatə edən tərəfdaşlıq sazişi imzalaya bilərlər.

Görüşdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Rusiyanın dünyadakı rolunu qeyd edib və xüsusi hərbi əməliyyatı (Ukraynada apardığı müharibə – red.) tam dəstəklədiyini bildirib.

Həmçinin Koreya Xalq Demokratik Respublikasının lideri Rusiya Federasiyasının dünyada strateji sabitliyin və tarazlığın qorunmasında mühüm missiyasını və rolunu yüksək qiymətləndirdiyini deyib.

Kim Çen dünyada vəziyyətin mürəkkəbləşdiyini vurğulayıb və Pxenyanım Moskva ilə strateji əlaqəni gücləndirmək niyyətində olduğunu dilə gətirib.

Putin isə öz növbəsində siyasi dəstəyə görə Şimali Koreya liderinə təşəkkür edib.

Sonda Putinlə Kim Çen İn arasında təkbətək formatda görüş keçirilib.

Əliyar Xəlil
Globalinfo.az