Kremldən Putin-Ərdoğan görüşü haqda diqqətçəkən açıqlama

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi zamanı gələndə açıqlanacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Səfər zamanı Rusiya Prezidenti və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Ukrayna məsələsindən bəhs olunacaq. Əlbəttə ki, regional problemlər hər zaman müzakirə olunur. Türkiyə müstəqil mövqe sərgiləyərək Rusiya ilə ticari-iqtisadi əməkdaşlığı davam etdirən nadir ölkələrdəndir”, – Kreml sözçüsü deyib.

Əliyar Xəlil
Globalinfo.az