
Rusiya və Ukrayna arasında həlak olan əsgərlərin cəsədlərinin mübadiləsi baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.
İstanbul razılaşmalarına əsasən, Rusiyanın Ukraynaya 1000 əsgərin cəsədini təhvil verdiyi bildirilir. Məlumata görə, Kiyev isə 19 rus əsgərinin cəsədini Moskvaya göndərib.
Bundan əvvəl 6 min 60 ukraynalı və 78 rus hərbçinin cəsədləri ölkələrinə qaytarılıb.
Rusiya Prezidenti Vladimir Putinin daha 3000 Ukrayna hərbçisinin cəsədinin təhvilinə razılaşdığı deyilir.
Əliyar Xəlil
Globalinfo.az














