Putin qonşularla münasibətdən danışdı: “Çox önəmlidir”

“Qonşularla münasibətlər Rusiya üçün prioritetdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, qonşularla əlaqələr qarşılıqlı maraqlar əsasında qurulmalıdır.

“Beynəlxalq arenada tərəfdaşlarımızla əlaqələr qurarkən bu münasibətlərin bizim üçün böyük əhəmiyyət kəsb etdiyini deyirik. Qonşularımızla ticarət, iqtisadi və siyasi əlaqələrin səviyyəsi durmadan artır. Bu əlaqələr qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulmalıdır. Bu, bizim üçün çox önəmlidir”, – deyə Putin vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az