“Rusiya Prezidenti Vladimir Putin Məsud Pezeşkianı prezident seçilməsi münasibətiylə təbrik edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Kremlin saytında yer alıb.
Putin təbrik məktubunda Rusiya ilə İran arasındakı münasibətlərin dost xarakteri daşıdığını bildirib. Rusiya lideri həmçinin Pezeşkianın fəaliyyətinin iki ölkə arasında bundan sonrakı münasibətləri daha da inkişaf etdirəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Pezeşkian dünənki prezident seçkisində qalib gəlib. O, seçki kampaniyası dönəmində ABŞ-la İranın münasibətlərinin yaxşılaşmasının tərəfdarı kimi çıxış etmişdi. Bundan başqa Pezeşkian İranın Rusiya ilə münasibətlərini tənqid etmiş və ölkəsinin Rusiya ilə bəzi əlaqələrini yenidən nəzərdən keçirməli olduğunu söyləmişdi.
Əliyar Xəlil
Globalinfo.az














