Putin onu mənim xətrimə azad edəcək – Tramp

“Putin mənim xətrimə amerikalı jurnalist Evan Qerşkoviçi azad edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

O bildirib ki, Qerşkoviçin Rusiya həbsxanasından azad edilməsi üçün prezident Vladimir Putinlə münasibətindən istifadə edəcək.

Trampın sözlərinə görə, jurnalist noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən qısa müddət sonra azadlığa buraxılacaq və Baydenlə revanş görüşü olacaq.

“Rusiyanın əlində olan Evan Qerşkoviç seçkidən dərhal sonra, mən vəzifəyə başlamazdan əvvəl azad ediləcək. O, evində, təhlükəsiz şəraitdə və ailəsi ilə birlikdə olacaq. Rusiya prezidenti Vladimir Putin bunu başqasına görə yox, mənim üçün edəcək”, – Tramp vurğulayıb.

Xatırladaq ki, ABŞ vətəndaşı olan Qerşkoviç 2023-cü il martın 29-da Rusiya FTX-si tərəfindən saxlanılıb. O, ABŞ-a casusluq etməkdə günahlandırılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az