Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmaması qarşılığında veriləcək zəmanəti ABŞ Prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, məlumatı “Financial Times” qəzeti mənbələrinə istinadən yayıb.
Məlumata görə, Putin Trampla NATO qüvvələrinin Rusiyanın sərhədindən geri çəkilməsini müzakirə etmək niyyətindədir.
“O, beynəlxalq nizamın qaydalarını dəyişmək istəyir ki, Rusiya üçün təhdidlər olmasın. Onu müharibədən sonra dünyanın necə olacağı narahat edir. Tramp NATO-nun rolunu məhdudlaşdırmaq istəyir. Dünya dəyişir və hər şey mümkündür”, – qəzetin mənbəsi deyib.
Əliyar Xəlil