Putinlə Moxber arasında telefon danışığı: Rəisinin ölümündən sonra…

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxberlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, danışıq İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Moxber beynəlxalq arenada, o cümlədən Rusiyanın BRİKS-ə sədrliyi ilə bağlı ölkələrin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Tərəflər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Putin həmçinin qarşıdan gələn Qurban bayramı münasibətilə Moxberi təbrik edib, İranın ruhani lideri Ayətullah Əli Xameneiyə ən xoş arzularını çatdırmağı xahiş edib.

Moxber Prezident İbrahim Rəisinin faciəvi ölümündən sonra İran üçün mövcud çətin dövrdə dəstəyə görə qarşı tərəfə təşəkkür edib.