Putin Monqolustana getdi

Putin Monqolustana getdi

Rusiya Prezidenti Vladimir Putin Monqolustana rəsmi səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-ın məlumatında deyilir.

Bildirilir ki, Kreml rəhbərinin təyyarəsi paytaxt Ulan-Batorun hava limanına eniş edib.

Məlumata görə, V.Putin Monqolustan Prezidenti ilə Rusiya-Monqolustan münasibətlərinin, hərtərəfli strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.

Rusiya prezidentinin səfəri iki gün davam edəcək.