ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinin deportasiya olunmuş ukraynalı uşaqlarla bağlı məktubuna cavab verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.
Məlumata görə, birinci xanım Ağ Evdə bəyanatla çıxış edib. Melaniya Trampın sözlərinə görə, Putin bu məsələdə onunla birbaşa işləmək istəyini deyib, həmçinin Rusiyadakı ukraynalı uşaqlarla bağlı təfərrüatları verib. Melaniya Tramp bildirib ki, o, uşaqların rifahı ilə bağlı məsələdə Putinlə açıq ünsiyyət kanalına malikdir və son üç ay ərzində tərəflər bir neçə görüş keçirib və danışıqlar aparıblar.
“Nümayəndəm uşaqların ailələrinə qovuşması üçün birbaşa Putinin komandası ilə işləyir. Artıq son 24 saatda 8 uşaq ailələrinə qovuşub. Onlardan üçü cəbhə xəttində gedən döyüşlər səbəbindən ailələrindən ayrılaraq Rusiyaya köçürülüb. Daha beşi isə ailə üzvlərindən ayrılıb və sərhədin o tayında qalıb. Rusiya deportasiya olunmuş uşaqlarla bağlı obyektiv və ətraflı məlumat vermək istəyini nümayiş etdirib”, – Melaniya Tramp vurğulayıb
Əliyar Xəlil