Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı Parisin təşəbbüsü ilə baş tutub.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin dialoqa hazır olması barədə dəfələrlə danışıb”, – deyə o bildirib.
Qeyd edək ki, dünən liderlər təxminən üç ildən sonra ilk dəfə telefonla danışıblar. Həm Kreml, həm də Yelisey Sarayı söhbəti mənalı adlandırıb.
İki ölkənin liderləri 2022-ci ilin sentyabr ayına qədər daimi təmasda olub, lakin sonradan E.Makronun söhbətin məxfiliyini pozması səbəbindən bir sıra telefon danışıqları kəsilib.
Əliyar Xəlil
Globalinfo.az