Rusiya prezidenti Vladimir Putin Kim Çen Ina yeni “Aurus” avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.